“Nida” fəalı hərəkatdan istefa verib

“Nida” fəalı hərəkatdan istefa verib
# 30 sentyabr 2015 12:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Üzeyir Məmmədli hərəkat sıralarından ayrıldığını açıqlayıb.


APA-nın məlumatına görə, o, bu barədə özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ü. Məmmədli istefasının səbəblərinə aydınlıq gətirməyib: “Bu gündən təsisçilərindən biri olduğum “Nida” Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. Bu hərəkatla çox şeylər yaşamışam. Amma hesab edirəm ki, vaxtında getməyi bacarmaq lazımdır. İstefamla bağlı bundan başqa heç bir açıqlama verməyəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR