Terrorçuluqla bağlı yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb

Terrorçuluqla bağlı yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb
# 14 iyun 2016 10:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluqla bağlı yalan məlumat verməkdə təqsirləndirilən Samir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 5 il müddətə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, keçən il dekabrın 30-da saat 18:52-də özünü Süleymanov Samir adı ilə təqdim etmiş şəxs FHN-in "112" xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən "Almas" şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib. Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb. Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı S.Süleymanov tərəfindən edilməsi müəyyən edilib və rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O ilkin ifadəsində restorandan çox səs gəldiyini, bundan bezdiyini, ona görə bu cür hərəkət etdiyini deyib. Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR