Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ədalət Vəzirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ə. Vəzirov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il noyabrın 26-da Xırdalan şəhərində şəhər sakini Ədalət Vəzirov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Telman Baxşıyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.