Məhkəmə “Azərsu” ASC-nin şikayətini təmin etməyib

 Məhkəmə “Azərsu” ASC-nin şikayətini təmin etməyib
# 06 iyul 2016 08:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Azərsu” ASC-nin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl “Barama” Kiçik Müəssisəsi “Azərsu” tərəfindən təyin olunan aktın ləğv edilməsi və borcun silinməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib.

Həmin qətnamə ilə razılaşmayan ASC isə qətnamənin ləğv olunması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR