“Dəf(i)nə yarpağı” tərcümə müsabiqəsinin “onluğu” məlum olub

“Dəf(i)nə yarpağı” tərcümə müsabiqəsinin “onluğu” məlum olub
# 24 fevral 2015 10:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi “Dəf(i)nə yarpağı” tərcümə müsabiqəsinin “onluğu”nu açıqlayıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, müsabiqənin növbəti mərhələsində yer alan əsərlər bunlardır:

Akif Əli – Mayk Gelprin “Şam yanırdı”, Aygün Əziz – Somerset Moem “Fürsət”, Fazil Güney – Ğadət Səmmən “Xoruz”, Fərhad Yalquzaq – Vladimir Sanin “Lənətlənmiş bəyaz”, İlahə Ucaruh – Kristina Louhi “Bizim Tomppa”, Kifayət Haqveriyeva – Leonid Andreyev “Qaplan”, Mahir Həmidov – Cübran Xəlil Cübran “Qəbirlərin fəryadı”, Şərif Ağayar – Səbahəddin Əli “Asfalt yol”, Şəfiqə Şəfa – Konstantin Paustovski “Alabalıqların üzdükləri kiçik çaylar” və Təvəkkül Zeynallı – Şevrud Anderson “Allahın qüdrəti”.

Qeyd edək ki, qaliblərin adı mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR