«Bank of Baku» sadiq müştərilərinə kreditlərdə əlavə güzəştlər təqdim edir

«Bank of Baku» sadiq müştərilərinə kreditlərdə əlavə güzəştlər təqdim edir
# 11 fevral 2013 14:57 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC sadiq müştərilərinin təmsil olunduğu «Dostlar Klubu»nun üzvləri üçün istehlak kreditlərinə endirim kampaniyası keçirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Dostlar Klubu»nun üzvləri fevralın 12-dən martın 12-dək komissiya haqqından bonusunun 2 misli qədər endirimdən yararlana bilər.

Məsələn, kartında 15 manatlıq bonusu olan kart sahibi alacağı kreditin komissiya haqqından 15x2=30 manatlıq endirim əldə edəcək. Endirim kampaniyasından «Dostlar Klubu»nun hər üç kart növünün daşıyıcıları – «Gümüş», «Qızıl» və «Brilyant» kart sahibləri faydalana bilər. Qeyd edək ki, bu kampaniyadan öncə «Dostlar Klubu»nun üzvləri komissiya haqqından toplanmış bonusun 1 misli həcmində endirim əldə edirdi.

Xatırladaq ki, «Bank of Baku» «Dostlar Klubu» layihəsi çərçivəsində özünün uzunmüddətli müştərilərinə imtiyazlı kartlar verir. «Bank of Baku» ilə 12 ay və daha çox müddət ərzində əməkdaşlıq edən müştərilərə verilən «Gümüş», «Qızıl» və «Brilyant» kartları sayəsində onlar daha az komissiya haqqı ödəmək, sərfəli faizlə 5000 manata qədər kredit götürmək imkanına, habelə təcili hallar üçün ekspress kredit xəttinə malik olurlar. Ötən il təsis edilmiş «Dostlar Klubu»na ötən qısa müddət ərzində 70 minə yaxın müştəri qoşulub və hazırda onlar bu güzəştlərdən bəhrələnirlər.

«Bank of Baku»nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda, www.facebook.com/Dostlarklubu ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR