Azərbaycan Mərkəzi Bankı I yarımillikdə 967,4 mln. dollarlıq valyuta kütləsini sterilizasiya edib

Azərbaycan Mərkəzi Bankı I yarımillikdə 967,4 mln. dollarlıq valyuta kütləsini sterilizasiya edib
# 11 avqust 2014 13:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutanın məzənnəsini qorumaq üçün 2014-cü ilin I yarısında valyuta bazarında 967,4 mln. dollar məbləğində xarici valyuta alıb. Bu da ötən ilin I yarısının göstəricisi ilə müqayisədə 242 mln. dollar və ya 20% azdır.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat AMB-nin 2014-cü ilin yanvar-iyun ayları üzrə pul siyasəti icmalında yer alıb.

“Hesabat dövründə valyuta bazarında təklif tələbi ötüb. Manatın məzənnəsinin son dərəcə möhkəmlənməsinə yol verməmək, o cümlədən qeyri-neft sektorunun rəqabətliliyinə mənfi təsiri neytrallaşdırmaq üçün AMB 2013-cü ilin birinci yarısında 1 mlrd. 209,3 mln. dollara qarşı 2014-cü ilin yanvar-iyun aylarında valyuta bazarında 967,4 mln. dollar məbləğində xarici valyuta alıb”-deyə icmalda qeyd edilir.

Sənəddə vurğulanır ki, bu tədbirlər nəticəsində hesabat dövründə manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0,03% möhkəmlənib.

“Milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi mühitə və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib”- deyə icmalda qeyd olunur.

Xatırladaq ki, 2013-cü ildə AMB milli valyutanın məzənnəsini qorumaq üçün valyuta bazarında 2 mlrd. 457 mln. dollar məbləğində xarici valyuta alıb. 2013-cü ildə manat ABŞ dollarına nisbətdə 0,06% möhkəmlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR