Gəncə şəhər sakinini bıçaqlayıb qaçan şəxs saxlanılıb

Gəncə şəhər sakinini bıçaqlayıb qaçan şəxs saxlanılıb
# 01 aprel 2013 10:51 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Martın 30-da Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Kamil Gərayovu bıçaqlayan şəxs saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində K.Gərayova bıçaq xəsarəti yetirən şəxsin 1977-ci il təvəllüdlü Hüseyn Allahverdiyev olduğu müəyyənləşib və o saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə H. Allahverdiyev bir necə dəfə müxtəlif cinayətlər törədərək məhkumluq həyati yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR