Ukraynanın yeni müdafiə naziri bəlli olub - FOTO

Ukraynanın yeni müdafiə naziri bəlli olub - <span style="color: red;">FOTO
# 13 oktyabr 2014 13:31 (UTC +04:00)

APA-nın Ukrayna informasiya agentliklərinə istinadən verdiyi xəbərə görə, P. Poroşenko bu vəzifəyə Milli Qvardiyanın komandanı, general polkovnik Stepan Poltorakı layiq görüb.

P. Poroşenko S. Poltorak ilə görüşündə onun yüksək təşkilatçılıq qabiliyyətini və hərbçilər arasındakı nüfuzunu qeyd edib: “Sizin peşəkar və vətənpərvər mövqeyiniz, Milli Qvardiya sistemini faktiki olaraq sıfırdan inkişaf etdirmək üçün atdığınız qətiyyətli addımlar, qoşunlardakı intizam və döyüş ruhu mənim qərarımda əsas rol oynadı. Mən generallarla, batalyon komandirləri ilə, sıravi döyüşçülərlə görüşdüm. Onlarla apardığım söhbətlərdən sonra əmin oldum ki, qərarım doğrudur”.

S. Poltorak isə prezidentə təşəkkür edərək belə ağır vaxtda Silahlı Qüvvələrə rəhbərlik etməyin böyük şərəf olduğunu vurğulayıb.

Xatırladaq ki, oktyabrın 12-də Ukraynanın müdafiə naziri Valeri Qeletey istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR