İranla Belarus arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır

İranla Belarus arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır
# 30 mart 2013 14:31 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Belarus Xarici İşlər Nazirliyinin rəsmiləri ilə ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparırıq”. APA-nın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst açıqlama verib. O bildirib ki, iki ölkə arasında viza rejimi sadələşdirməli və turizm sahəsində əməkdaşlıq aktivləşdirilməlidir: “Turizm sahəsindəki əməkdaşlıq ölkələrimiz arasında ticarət və iqtisadi münasibətlərin inkişafına da təsir edə bilər. Diplomat və xidməti pasportu olanlar üçün vizasız rejim var. Lakin biz hesab edirik ki, sadə vətəndaşlar üçün də viza rejimi sadələşdirilməlidir. Diplomatik yolla belə bir razılığın əldə olunması üçün çalışacağıq. Biz əlbəttə ki, viza rejiminin tamam ləğv edilməsinin tərəfdarıyıq. Bunun üçün ilk addım olaraq viza rejiminin sadələşdirilməsi, növbəti addım isə ləğv edilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR