Masallıda ferma yanıb

Masallıda ferma yanıb
# 26 oktyabr 2014 02:39 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonunun Kürdəbazlı kəndində (rayon mərkəzindən 9 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə və damına yığılmış ümumi çəkisi 10 ton olan ot bağlamısının 4 tonu yanıb.

Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR