Bakıda son üç ayda 770 sərxoş sürücü aşkarlanıb

Bakıda son üç ayda 770 sərxoş sürücü aşkarlanıb
# 01 aprel 2013 09:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov –APA. Bakıda son üç ayda 770 sərxoş sürücü aşkarlanıb. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun bildirib. Məlumata görə, yanvar ayının 1-dən mart ayının 30-a qədər paytaxt ərazisində keçirilən tədbirlər nəticəsində 770 sərxoş, qəza şəraiti yaradan 1019, işıqforun qırmızı işığında keçən 3221, surət həddini aşan -11009, dövlət nömrə nişanı olmayan -511, ötmə əməliyyatı, manevr etmə qaydasını pozan -10078, avtoxuliqanlıqla məşğul olan - 59, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən 1653 , pərdə və plyonka ilə nəqliyyat vasitəsini idarə edən 4569 və digər yol hərəkət qaydasının pozan 81236 sürücü haqqında inzibati protokol tərtib edilib.

V. Əsədov həmçinin qeyd edib ki, yol hərəkət qaydasını pozan 24427 piyada haqqında inzibati protokol tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR