Fransada girov götürülən şəxslər azad olunub - YENİLƏNİB

Fransada girov götürülən şəxslər azad olunub  - <span style="color: red;">YENİLƏNİB
# 13 iyul 2015 11:28 (UTC +04:00)

APA-nın “Le Parisien”ə istinadən verdiyi məlumata görə, polis hadisə zamanı heç kimin zərər görmədiyini açıqlayıb. Hazırda xüsusi təyinatlılar cinayətkarları axtarır.

Xatırladaq ki, bu gün səhər 3 naməlum şəxs ticarət mərkəzindəki mağazaların birində 18 nəfəri girov götürmüşdü. Onların qarət məqsədilə bu hadisəni törətdiyi bildirilir.

***

saat 13.54

Bakı – APA. Fransa paytaxtının yaxınlığında naməlum şəxslər 18 nəfəri girov götürüb.

APA-nın “Le Parisien”ə istinadən verdiyi xəbərə görə, polis hücum edən şəxslərin 3 nəfər olduğunu, onlardan birinin tüfənglə silahlandığını açıqlayıb. Onlar Vilnev-la-Qaren şəhərindəki ticarət mərkəzində “Primark” mağazasının 18 əməkdaşını girov götürüblər.

Hadisə ticarət mərkəzində panikaya səbəb olub. Olay yerinə xüsusi təyinatlılar göndərilib. Polis hadisənin qarət məqsədilə törədildiyini güman edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR