MDB müsəlmanları: “Bütün münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir”

MDB müsəlmanları: “Bütün münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir”
# 16 aprel 2013 13:34 (UTC +04:00)

APA-nın məlumatına görə, sənəddə bildirilir ki, bəzi postsovet məkanı ölkələri daxildən və xaricdən yönləndirilən ekstremizm, radikalizm və destruktiv məzmunlu müxtəlif ideoloji təxribat təhlükələri ilə üz-üzə qalıblar: “Postsovet məkanının müsəlman din xadimləri dəfələrlə bəyan ediblər ki, terror istənilən forma və şəkildə İslam nöqteyi-nəzərindən cinayətdir. Dini icmalar mənəvi dəyərlərin aşılanması, ekstremizm və terrorizm əleyhinə mübarizə aparmalıdırlar. Bu mənada “Moskva İlahiyyat Deklarasiyası”nın mötədil İslamı təbliğ edən ideyaları xüsusi diqqətə layiqdir. Bu sənəddə İslamı siyasi məqsədlər naminə yanlış şərh edən bəzi qüvvələrin səylərinə rəğmən, şəriətin cihad, təkfir və xəlifət kimi vacib məsələlərinə dair əksər müsəlman alimlərinin vahid mövqeyi öz əksini tapıb”.

Din xadimləri regiondakı mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəklədiklərini bəyan ediblər: “Hesab edirik ki, bizim məkanda baş verən bütün konfliktlər beynəlxalq hüququn norma və prinsipləri əsasında, həmçinin beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə uyğun olaraq həll edilməlidir. Bizi həmçinin qloballaşmanın neqativ nəticələri, miqrasiya prosesləri, gənclərin tərbiyəsi, ailə institutunun qorunub saxlanılması, gender məsələləri ilə bağlı problemlər narahat edir. Buna görə, dinlərarası və konfessiyalararası dialoqun genişlənməsi ilə yanaşı, dövlətlərimizin siyasi rəhbərləri ilə səylərimizin birləşdirilməsini, sülh, əmin-amanlıq və ali mənəvi dəyərlərin bərqərar olması naminə dini potensialdan istifadəni əhəmiyyətli amil kimi dəyərləndiririk”.

Konfrans iştirakçıları dinlərarası, konfessiyalararası və sivilizasiyalar arası dialoqa, multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi əhəmiyyət verən Azərbaycan dövlətinin rolunu yüksək qiymətləndirib, mövcud konfransın səmərəli fəaliyyəti üçün yaradılan münbit şəraitə görə minnətdarlıqlarını bildiriblər.

İştirakçılar eyni zamanda konfessiyalararası və mədəniyyətlərarası dialoqun inkişafını vacib sayır; bütün forma və təzahürləri ilə terrorizmi kəskin pisləyir; dini dözümsüzlük səbəbilə təcavüz və vandalizm faktlarını, dini inanc yerləri və rəmzlərinin, dindarların dini hisslərinin təhqir olunmasını yolverilməz hesab edir; postsovet məkanında radikal dini təmayüllərin qarşısının alınması üçün xüsusi mexanizmlərin işlənib hazırlanmasını vacib sayır; bir sıra ölkələrdə müsəlmanlara qarşı dözümsüzlük və islamofobiya hallarının mütəmadi davam etməsindən narahatlıqlarını bildirir; Həcc, Ümrə və digər müsəlman ziyarətgahlarına ziyarətlərin təşkilində əməkdaşlığa hazır olduqlarını bəyan edir; İslamın informasiya məkanında geniş təbliğ olunması üçün ümumi təkliflər hazırlanmasını, miqrasiya problemləri və gənclərlə iş sahəsində, həmçinin dini təhsil və maarif sahəsində postsovet məkanı müsəlman icmalarının sıx əməkdaşlıq aparmasını, müvafiq ədəbiyyat və təqvimlərin müştərək nəşrini, informasiya, iş təcrübəsi, müəllim və tələbə mübadiləsini vacib sayır; bu tədbirləri həyata keçirmək, eləcə də MDB və digər ölkə müsəlmanları ilə əlaqələri və əməkdaşlığı inkişaf etdirmək, dinlərarası əməkdaşlığı, ictimai təşkilatlarla münasibətləri tənzimləmək, birliyin müxtəlif ölkələrində, həmçinin xarici dövlətlərdə Məşvərət Şurasının konfransları arasındakı müddətdə görüşlər, elmi simpoziumlar təşkil etmək üçün Məşvərət Şurasının nəzdində işçi qrupunun yaradılmasını məqsədəuyğun hesab edir, tədbirlərin reallaşması üçün MDB müsəlmanları Məşvərət Şurasının Fondunun yaradılmasını təklif edir, bütün dünyanın dini liderlərini bəşəriyyətin rifahı naminə sülhə, əmin-amanlığa və əməkdaşlığa dəstək olmağa dəvət edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR