Ukraynada Donetsk şəhərinin adının dəyişdirilməsi təklif olunub

Ukraynada Donetsk şəhərinin adının dəyişdirilməsi təklif olunub
# 08 iyul 2016 14:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında Donetsk şəhərinin adının dəyişdirilməsi ilə bağlı petisiya yerləşdirilib.

APA-nın məlumatına görə, petisiyada Donetsk şəhərinin Stepano-Bandersk adlandırılması təklif edilib. Hələlik petisiyanı bir nəfər imzalayıb. Müraciətə baxılması üçün səslərin sayı minimum 25 min olmalıdır.

Xatırladaq ki, Kiyevdəki Moskva prospektinin adı dəyişdirilərək Stepan Bandera adlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR