Sərbəst güləş üzrə Azərbaycan yığması dünya çempionatında üçüncü yerə yüksəlib - VİDEO

Sərbəst güləş üzrə Azərbaycan yığması dünya çempionatında üçüncü yerə yüksəlib - <span style="color: red;">VİDEO
# 18 noyabr 2014 21:51 (UTC +04:00)

Azərbaycan Güləş Federasiyasından APA-ya verilən xəbərə görə, sərbəst güləş yarışlarında 97 kiloqram çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra təsdiqini tapıb. Bununla əlaqədar Dünya Güləş Birliyi Şamil Erdoğanın iki il müddətinə oyunlardan kənarlaşdırılmasına, onun qazandığı medalın Kuba güləşçisi Javier Kortinaya verilməsinə qərar verib.

Bu qərar komanda hesabında ölkələrin sıralamasına da təsir edib. Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi dünya çempionatını dördüncü sırada tamamlayan sərbəst güləş millimizin bir pillə irəliləməsinə səbəb olub.

Beləliklə, Daşkənddə keçirilmiş dünya çempionatını 1 qızıl (Hacı Əliyev, 61 kq) və 1 gümüş (Xetaq Qazyumov, 97 kq) medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında Rusiya və İrandan sonra 36 xalla üçüncü yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR