Hacıqabulda bıçaqlanma hadisəsi baş verib

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib
# 26 aprel 2013 10:28 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabul rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon polis şöbəsinin müstəntiqi Vaqif Əliyev məlumat verib. Hadisə ötən gecə saat 23.20 radələrində Hacıqabul rayonunun S.Vurğun və H.Z.Tağıyev küçələrinin kəsişməsində qeydə alınıb. Hacıqabul rayon sakini, 1970-ci il təvəllüdlü Əhədov Rafət Rafiq oğlu aralarında olan şəxsi mübahisə zəminində həmyerlisi, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əzizov Alqayıt Əzizağa oğlunu bıçaqlayıb. A. Əzizov qarın və bel nahiyəsinin və qara ciyərin zədələnməsi diaqnozu ilə Şirvan şəhər Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır-stabil qiymətləndirilir. Rafət Əhədov polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR