Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib
# 24 oktyabr 2014 09:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Komitədən APA- ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu, siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

T. Şaraşenidze tarixən yaxın münasibətdə olan ölkədə səfir kimi fəaliyyət göstərməyin böyük məsuliyyətli iş olduğunu qeyd edərək, ölkələr arasında din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR