Azərbaycan təbii qaz və elektrik enerjisi ixracını azaldıb

Azərbaycan təbii qaz və elektrik enerjisi ixracını azaldıb
# 19 noyabr 2015 14:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-oktyabr ayları üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin 10 ayında gömrük bəyannamələri əsasında 186 717,51 min ABŞ dolları dəyərində 1 163 652,74 min kubmetr təbii qaz ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,99% azdır. Məbləğ dəyərində isə bu rəqəm 27,36% azdır.

Bu ilin 10 ayı ərzində 14 727,91 min dollar dəyərində 248 069,58 min kVt/s elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,01 dəfə azdır. Məbləğ dəyərində isə bu rəqəm 42,33% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR