"Nikoil Bank"ın əsas səhmdarı depozit portfelini artırır

"Nikoil Bank"ın əsas səhmdarı depozit portfelini artırır
# 29 iyul 2016 08:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Nikoil Bank" QSC-nin rəhbərliyində baş verən dəyişikliklərdən sonra bu həftə bankın majoritar səhmdarlarından olan "Topaz İnvestment" QSC bankda 20 mln. ABŞ dolları həcmində uzunmüddətli depozitin yerləşdirilməsi haqda qərar qəbul edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bir müddət əvvəl Nikolaz Şurqaia "Nikoil Bank" QSC-nin İdarə Heyətinin sədri, Fərhad Hacınski ilə Sergey Xmurin isə İdarə Heyəti üzvü vəzifələrinə təyinat alıb.

İlk 10 mln. dollar artıq banka mədaxil edilib, ikinci tranş isə cari ilin avqust ayının 12-dək mədaxil olunacaq. Səhmdarların bu qərarı bankın kapitalının artırılması ilə yanaşı Azərbaycanda biznesin və əhalinin kreditləşməsinə yönəldilib.

Xatırladaq ki, 30 iyun 2014-cü il tarixindən etibarən bank səhmdarlarının heyəti aşağıdakı kimi formalaşdırılıb: "Topaz İnvestment" QSC - 56,4%, "Nikoil" QSC - 42,6% və "ISR Holding" MMC - 1%.

Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR