Azərbaycan dəmir yolu ilə xam neft ixracını 24% artırıb

Azərbaycan dəmir yolu ilə xam neft ixracını 24% artırıb
# 18 mart 2015 11:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-fevral ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında sayğac göstəriciləri əsasında ümumilikdə 5 504 510.6 min ton xam neft ixrac edib. Bu, 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2,6% çoxdur.

Belə ki, ötən aylar ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 4 340 808,1 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 1,3% çoxdur.

Yanvar-fevral aylarında Supsa boru kəməri ilə bir illə müqayisədə 0,2% çox və ya 715 290,1 min ton, Şimal boru kəməri ilə isə 21,3% çox və ya 254 127,0 min ton ton xam neft ixrac edilib.

Ötən aylar ərzində dəmir yolu nəqliyyatı ilə 194 285,4 min ton xam neft göndərilib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 24,0% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR