Binə Ticarət Mərkəzində yanğın olub

Binə Ticarət Mərkəzində yanğın olub
# 20 fevral 2013 07:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Binə Ticarət Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Qaradağ rayonunda yerləşən “Binə” Ticarət Mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR