Azərbaycandakı internet provayderlərin renkinqi müəyyənləşib

Azərbaycandakı internet provayderlərin renkinqi müəyyənləşib
# 12 mart 2013 07:37 (UTC +04:00)

«APA-Economics»in «Delta Telecom» dövlət provayderinə istinadən verdiyi məlumata görə, genişzolaqlı internet xidmətləri bazarında «Bakinternet»in payı cüzi miqdarda azalaraq 23,4% təşkil edib.


Hesabat dövründə, ənənəvi olaraq reytinqdə birinci yerləri tutan «Aztelekom», «Uninet» və «Azeronline» şirkətləri arasında kəskin rəqabət davam edib.


Son aylar ərzində «Aztelekom»un bazar payı cüzi artaraq 15,7% təşkil edib, «Uninet»in payı 12,4% qalıb, «Azeronline»nın 10,1%, «Connect»in 6,3%, «Dataplus»un 6,4% olub.

Onların ardınca 4,5% bazar payı ilə «AzQtel», 3,07% – «Adanet», 2,5% – «Ultel», 2,4% – «Azstarnet», 1,8% - «Smart Systems Technologies», 1,7% – «Avirtel», 1,3% – «AzEuroTel» gəlir, «Castel» şirkəti fəaliyyətini aktivləşdirərək bazar payını 1,3%-dək artırıb, «Azstatenet»in payı əvvəlki kimi 1,2% təşkil edib. Digər internet provayderlər bazarda kiçik paya (0,01-1,21% ətrafında) malikdir.

Qeyd edək ki, hazırda ölkədə 30-dan artıq internet provayder fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR