«Amrahbank»ın rüblük mənfəəti kəskin artıb

«Amrahbank»ın rüblük mənfəəti kəskin artıb
# 30 aprel 2013 13:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Amrahbank» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 5,421 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 60,2% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 19,7% artaraq 3,964 mln. manata çatıb.

Bankdan bildirilib ki, cari ilin ilk rübü ərzində bank 1,558 mln. manat həcmində mənfəət əldə edib, bu isə illik müqayisədə 9,8 dəfə çoxdur.

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 4,075 mln. manat, qeyri-faiz gəlirləri 1,346 mln. manat, faiz xərcləri 1,558 mln. manat, qeyri-faiz xərcləri isə 2,406 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 2,1 dəfə artıb, qeyri-faiz zərəri isə 6,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR