Azərbaycan prezidenti Makedoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti Makedoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
# 18 aprel 2013 17:00 (UTC +04:00)

APA-nın məlumatına görə, səfir Qoran Taskovski Makedoniya prezidenti Gyorge İvanovun salamlarını dövlət başçısına çatdırıb. Azərbaycanda sürətli iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğulayan diplomat ölkəsinin də yaxşı iqtisadi göstəricilər qazandığını deyib. O, iqtisadi sahədə əlaqələrimizin genişləndirilməsi üçün iş adamlarının qarşılıqlı səfərlərini təşkil etməyin zəruriliyini qeyd edib.

Makedoniya prezidenti Gyorge İvanovla görüşünü məmnunluqla xatırlayan dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. İqtisadi sahədə əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd edən prezident İlham Əliyev qarşılıqlı investisiya qoyuluşunun, ticarət və birgə layihələrin həyata keçirilməsinin və digər sahələrdə imkanların müəyyənləşdirilməsinin önəmini edib. Dövlət başçısı prezident Gyorge İvanovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Makedoniya dövlətinin başçısına çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR