Bakıda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb, beş nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb, beş nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 19 aprel 2013 08:10 (UTC +04:00)

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, hadisə nəticəsində aldığı xəsarətlə xəstəxanaya daxil olan bir nəfər dünyasını dəyişib. Ölən şəxsin adı hələlik məlum deyil.

Qəzada aldığı xəsarətlə xəstəxanaya daxil olan digər 5 nəfərin müalicəsi davam etdirilir.

Onların vəziyyəti ağır olduğu üçün şəxsiyyətlərini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı Dairəvi Yolunda, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında 5 “Mercedes” və 1 “Mitsubishi Pajero” markalı maşınların toqquşması ilə nəticələnən zəncirvarı qəza baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR