BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimi daha yarım il müddətinə mandatını artırmağa razılaşıb

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimi daha yarım il müddətinə mandatını artırmağa razılaşıb
# 21 fevral 2013 03:53 (UTC +04:00)

Bakı-APA. BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimi öz mandatını daha 6 ay artırmağa razılaşıb. APA-nın məlumatına görə, bu barədə Frans Press diplomatik mənbələrə istinadən xəbər verir.

İbrahiminin BMT və ƏDL-in emissarı kimi 6 aylıq mandatı fevralın 22-də başa çatır.

Əlcəzairin keçmiş xarici işlər naziri Lahdar İbrahimi ötən il avqustun 17-də BMT və ƏDL-in Suriya üzrə xüsusi nümayəndəsi təyin edilib.

Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martından davam edir. Bu müddətdə BMT-nin məlumatına görə, 60 mindən çox insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR