Şəkidə at sahibini sürüyüb

 Şəkidə at sahibini sürüyüb
# 13 avqust 2015 07:31 (UTC +04:00)

Şəki. Vüqar Heydərov- APA. Şəki rayon sakini xəsarət alıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 02 radələrində rayonun Küdürlü kənd sakini, 1986-cı il təvəllüdlü Elşad Şahin oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 29 yaşlı Elşad Bəşirov gecə saatlarında ailəsinə məxsus atı evlərinə apararkən qəfildən at hürküb və sahibini özü ilə sürüyüb. Nəticədə Elşad Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Elşad Bəşirova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR