Novruz Aslanov seçiciləri ilə görüşüb

Novruz Aslanov seçiciləri ilə görüşüb
# 09 iyul 2016 11:39 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatı Novruz Aslanov iyulun 8-də İsmayıllı rayonunun dağ kəndləri olan İstisu və Qalacıq kəndlərində qəbul keçirib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, İstisuda qəbul kənd orta məktəbində, Qalacıqda icra nümayəndəliyinin binasında baş tutub. İstisu kəndinin sakinləri əsasən kəndin içməli su, yol məsələsini, Qalacıq sakinləri isə su, yol və qaz məsələsini deputatın diqqətinə çatdırıblar.

Millət vəkili bu problemlərin həlli istiqamətində əlaqədar qurumlara müvafiq müraciətlər ünvanladığını, hökumət qurumları ilə qarşılıqlı əməkdaşlıq sayəsində İsmayıllı rayonunda bir neçə belə məsələnin həllini tapdığını bildirib.

Novruz Aslanovun kəndlərdə səyyar qəbulları fəaliyyət qrafikinə uyğun olaraq digər kəndlərdə də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR