Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək
# 06 dekabr 2014 16:35 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Gənclər və idman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin nəzərdə tutulan 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq gənclər və idman naziri Azad Rəhimov dekabrın 19-da saat 11:00-da Şirvan Mədəniyyət Evində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək.

Qəbul üçün vətəndaşların qeydiyyatı dekabrın 19-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar müvafiq rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR