AMEA Rəyasət Heyətində “İnformasiya-kommunikasiya ili” ilə əlaqədar məruzə dinlənilib

AMEA Rəyasət Heyətində “İnformasiya-kommunikasiya ili” ilə əlaqədar məruzə dinlənilib
# 03 aprel 2013 16:36 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

AMEA-dan APA-ya verilən məlumata görə, toplantıda əsas məsələ ölkə prezidentinin 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncamı ilə əlaqəli olub.

AMEA-nın prezidenti vəzifəsini icra edən Akif Əlizadə bildirib ki, Tədbirlər Planının müvafiq bəndləri informasiya-kommunikasiya sahəsində araşdırmaların yeni elmi əsaslara və beynəlxalq standartlara müvafiq olaraq aparılması zərurətini meydana gətirib. Akademik həmin araşdırmalarda AMEA-nın üzərinə düşən vəzifələrdən danışıb.

İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev “İnformasiya cəmiyyətinin formalaşmasının multidisiplinar elmi-nəzəri problemləri və onların ölkəmizdə araşdırılması vəziyyəti” adlı məruzə ilə çıxış edib. A.Əlizadənin göstərişi ilə təşkil olunmuş məruzə ölkədə həyata keçirilmiş informasiya-kommunikasiya islahatları, həmçinin bu sahədə yeni inkişaf mərhələsi ilə əlaqəli xeyli məsələləri əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR