“Neftçi” klubunun keçmiş hücumçusu Rusiya çempionatında oynayacaq

“Neftçi” klubunun keçmiş hücumçusu Rusiya çempionatında oynayacaq
# 21 sentyabr 2015 12:40 (UTC +04:00)

Bakı – APA. “Neftçi” klubunun keçmiş hücumçusu Nikolas Kanalesin karyerasını Rusiya çempionatında davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytı xəbər verir ki, “Krılya Sovetov” çilili hücumçunun transferini tam həll edib.

Rusiya Futbol İttifaqı Samara təmsilçisinə Kanalesin və digər yeni transfer Georgi Loriyanın adlarını çempionatın sifariş ərizəsinə daxil etməsinə razılıq verib.

Rusiyada yay “transfer pəncərəsi” avqustun 31-dən sentyabrın 1-nə keçən gecə bağlanıb. Kanalesin keçidi gec rəsmiləşsə də, məlum olub ki, “Krılya Sovetov” klubunun rəhbərliyi ona görə tələb olunan sənədləri vaxtında RFİ-yə təqdim edib.

Qeyd edək ki, Kanales ötən mövsüm “Neftçi”nin heyətində Azərbaycan çempionatında 28 oyunda 11 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR