BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.
APA xəbər verir ki, Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.
Nazirlər Azərbaycan-Pakistan strateji tərəfdaşlığını nəzərdən keçirib, iki ölkə arasında mühüm siyasi dialoqun əhəmiyyətini vurğulayıblar.
Tərəflər beynəlxalq platformalarda milli maraq doğuran məsələlər üzrə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.