Gürcüstanda “AXA Mbask qazananlar klubu"nun növbəti iclası keçirilib - FOTO

Gürcüstanda “AXA Mbask qazananlar klubu"nun növbəti iclası keçirilib - <span style="color: red;">FOTO
# 13 aprel 2015 11:25 (UTC +04:00)

Bakı - APA-Economics. “AXA Mbask” sığorta şirkətinin 2014-cü ilin yekunlarına görə ən yüksək satış nəticələri göstərmiş sığorta agentləri, İdarə Heyətinin üzvləri və şirkətin əməkdaşları ilə birlikdə Gürcüstanın müxtəlif regionlarına səyahət etmək imkanı qazanıblar.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, səfər əsnasında “Holiday İnn” otelində sığorta bazarının imkanları və cari problemlərinə həsr olunan işgüzar görüşlər də keçirilib.

Şirkətin rəhbərliyi, 2015-ci il üçün agentliklər şəbəkəsinin genişləndirilməsini, könüllü və icbari sığorta növlərinin satış həcmlərinin artırılmasına yönəldilmiş plan və strategiyaları, habelə əməliyyat proseslərinin təkmilləşdirilməsinə dair sığorta agentlərinin təklifləri və layihələrini agentlərlə müzakirə edib.

“AXA MBASK qazananlar klubunun” iclasları hər il müxtəlif ölkələrdə keçirilir və onların keçirilməsi ənənəsinin əsası Şimali Kipr adasında qoyulub.

Qeyd etmək lazımdır ki, şirkətdə, sığorta agentləri ilə münasibətlərin inkişaf etdirilməsi çərçivəsində ən effektiv motivasiya amillərini özündə ehtiva edən, unikal bir motivasiya sistemi işlənib hazırlanıb. “AXA Mbask qazananlar klubunun” iclaslarının hər il keçirilməsi məhz həmin proqramın tərkib hissəsidir.

Sığorta bazarının liderlərindən biri olan “AXA Mbask” 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində “İlin sığorta şirkəti” kimi yeddi beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR