Azərbaycan prezidenti Dünya İslam İqtisadi Forumuna dəvət olunub - FOTO

Azərbaycan prezidenti Dünya İslam İqtisadi Forumuna dəvət olunub - <span style="color: red;">FOTO
# 17 sentyabr 2015 14:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Azərbaycana gəlişimizin məqsədi prezident İlham Əliyevə 11-ci Dünya İslam İqtisadi Forumunun rəsmi dəvətnamələrini çatdırmaqdır".

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Malayziya baş nazirinin xüsusi nümayəndəsi və Dünya İslam İqtisadi Forumunun sədri Tan Musa Hitam deyib.

Onun sözlərinə görə, forumun məqsədi dünya müsəlman və qeyri-müsəlman ölkələri arasında iqtisadi cəhətdən beynəlxalq ticarət və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirməkdir.

“Dünya İslam İqtisadi Forumu digər forumlardan fərqli olaraq siyasi deyil, yalnız biznes, maliyyə, ticarət məsələlərinə həsr olunur. 11 il əvvəl yaradılan forum Cakarta, London, Kuala-Lumpur, Astana, Küveyt, Dubayda forumlar təşkil edib. Forum istər müsəlman, istərsə də qeyri-müsəlman ölkələri arasında iqtisadi baxımdan körpü rolunu oynayır.

Bu kimi forumların əsas müzakirə mövzusunu isə islam bankçılığı, ticarət, halal qida və halal turizm, kiçik və orta sahibkarlıq və bu kimi iqtisadi mövzular təşkil edib”, - deyə o qeyd edib.

Qeyd edək ki, 11-ci Dünya İslam İqtisadi Forumu noyabrın 3-5-də Malayziyanın Kuala-Lumpur şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR