Mərkəzi Bank: "Azərbaycan Kredit Bankı"ndakı əmanətlər qanunun tələblərinə uyğun olaraq öz sahiblərinə qaytarılacaq"

Mərkəzi Bank: "Azərbaycan Kredit Bankı"ndakı əmanətlər qanunun tələblərinə uyğun olaraq öz sahiblərinə qaytarılacaq"
# 16 iyul 2015 07:20 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dövlət Televiziyasının (AzTV) efirində deyib.

E. Rüstəmov xatırladıb ki, Mərkəzi Bank tərəfindən adıçəkilən banka inzibatçı təyin olunub: "Bizim üçün əsas olan əhalinin əmanətlərinin qorunmasıdır. Bunun üçün Mərkəzi Bank yanında Əmanətlərin Sığortalanması Fondu var. Lakin ilkin analiz göstərir ki, lisenziyası ləğv olunan bankın kifayət qədər vəsaiti var ki, ora yatırılan əmanətləri əhaliyə qaytarsın. Sadəcə olaraq, bu, bir az vaxt alacaq. Çünki müəyyən qanuni prosedurlar var ki, onlar keçilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR