Qızıl 6 dollara yaxın ucuzlaşıb

Qızıl 6 dollara yaxın ucuzlaşıb
# 07 aprel 2015 06:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,66% - 17 880,85 bəndədək, S&P 500 0,66% - 2 080,62 bəndədək, NASDAQ 0,62% - 4 917,32 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,35% - 6 833,46 bəndədək, Fransa CAC-40-ı 0,24% - 5 074,14 bəndədək artıb, Almaniya DAX-ı 0,28% - 11 967,39 bəndədək azalıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,32% - 19 653,41 bəndədək, Hang Seng 0,77% - 25 275,64 bəndədək, Shanghai 1,65% - 4 239,18 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 5,80 dollar azalaraq 1 212,80 dollara, gümüş isə 0,23 dollar ucuzlaşaraq 16,88 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR