Balakəndə oğurluqla məşğul olan şəxslər tutulub - VİDEO

Balakəndə oğurluqla məşğul olan şəxslər tutulub  - <span style="color: red;">VİDEO
# 02 aprel 2013 13:38 (UTC +04:00)

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Meşəşambul kənd sakini, fermer Rafael Sarmanov rayon Polis Şöbəsinə müraciət edərək, 11 baş xırda buynuzlu qoyun-quzusunun oğurlanması barədə məlumat verib.

Balakən rayon PŞ-nin axtarış-əməliyyat qrupunun keçirdiyi əməliyyat tədbirləri zamanı məlum olub ki, Rəfael Sarmanovun xırdabuynuzlu heyvanlarını onun həmkəndliləri - 1972-ci il təvəllüdlü Cirinov Əli və 1987-ci il təvəllüdlü Qaşqayev Abdulla oğurlayıb.

Keçirilən əməliyyat tədbirlərindən sonra məlum olub ki, həmin şəxslər 11 baş qoyunu fermadan oğurlayaraq rayon ərazisində naməlum şəxslərə 700 manata satıblar.

Ə. Cirinov və A. Qaşqayev əməliyyat qrupu tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.

Hazırda istintaq onların digər cinayət hadisələrində iştiraklarıının olub-olmadığını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR