Əli Əhmədov: “Nazirlər Kabineti dərmanların qiymətinin tənzimlənməsi qaydalarını yaxın vaxtlarda müəyyən edəcək”

Əli Əhmədov: “Nazirlər Kabineti dərmanların qiymətinin tənzimlənməsi qaydalarını yaxın vaxtlarda müəyyən edəcək”
# 02 iyun 2015 15:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Dərmanların qiymətinin tənzimlənməsi istiqamətində indiyə qədər xeyli addım atılıb. Bu yaxınlarda isə Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları müəyyən ediləcək”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, dərmanların qiyməti həmin qaydalar əsasında tənzimlənəcək: “Ancaq onu da qeyd etmək lazımdır ki, dərmanların qiymətinin tənzimlənməsi o qədər də asan məsələ deyil. Burada həm dərman satan şirkətlərin, həm də vətəndaşların maraqlarının uzlaşdırılmasından söhbət gedir. Amma dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə əlaqədar lazımi işlər görülüb. Qaydalar qəbul olunandan sonra çalışacağıq ki, dərmanların qiymətləri sahəsində insanları narahat edən problemlər aradan qaldırılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR