“Arşın Mal Alan” filmi Hollivudda ilk dəfə nümayiş olunacaq - VİDEO

“Arşın Mal Alan” filmi Hollivudda ilk dəfə nümayiş olunacaq - <span style="color: red;">VİDEO
# 28 avqust 2015 08:06 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib. Bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası olacaq.

Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim ediləcək.

Qeyd olunub ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, “Arşın Mal Alan” filminin isə 70 illiyinə həsr olunur.

Filmin nümayişi ilə bağlı Baş Konsulluq tərəfindən qısa video-çarx da hazırlanıb: https://www.youtube.com/watch?v=ffutsm66pjA

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR