Azərbaycanda bu ilin sonuna ÜDM istehsalı 59 mlrd. manat təşkil edəcək

Azərbaycanda bu ilin sonuna ÜDM istehsalı 59 mlrd. manat təşkil edəcək
# 15 oktyabr 2014 09:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə ölkə üzrə ümumi daxili məhsul (ÜDM) istehsalının 59,0 mlrd. manat təşkil edəcək ki, bu da 3,6% real artım deməkdir.

APA-Economics”in xəbərinə görə, bu barədə Maliyyə Nairliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir.

Layihədə qeyd olunub ki, neft sektoru üzrə ÜDM-in həcminin 2,2% az proqnozlaşdırılmasına baxmayaraq, qeyri-neft sektorunda 8,1% həddində artım gözlənilir.

Bu ilin sonunadək ÜDM-in strukturunda neft-qaz sənayesi istisna olmaqla, digər sahələrdə artım gözlənilir.

Gələn il isə ölkədə ÜDM istehsalının 4,4% artacağı və nominal dəyərinin 59,8 mlrd. manat təşkil edəcəyi gözlənilir. Proqnozlara görə, bunun 39,5 mlrd. manatlıq hissəsi qeyri-neft sektorunun payına düşəcək. 2014-cü illə müqayisədə qeyri-neft ÜDM-nin həcminin 8,2% artacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR