Paşha Bank
Bank Of Baku

Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib

Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
# 25 sentyabr 2026 20:05 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qlobal Cənub və çoxtərəfliliyin gələcəyi” mövzusunda keçirilən toplantıda Ceyhun Bayramov inklüziv çoxtərəfliliyin milli suverenliyin qorunması və inkişaf etməkdə olan ölkələrdə iqtisadi tərəqqinin təmin edilməsi baxımından həyati zərurət olduğunu bildirib.

Nazir Azərbaycanın qlobal idarəetmə strukturlarının islahatına və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin məqsədlərinə nail olmaq üçün Şimal-Cənub dialoqunun təşviqinə sadiqliyini vurğulayıb.

Ceyhun Bayramov, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Qoşulmama Hərəkatı ilə “77-lər qrupu” arasında Birgə Əlaqələndirmə Komitəsinin fəaliyyətinin bərpa edilməsini əməkdaşlığın gücləndirilməsi baxımından mühüm tarixi addım kimi qiymətləndirib.

XİN rəhbəri Azərbaycanın Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərə və ən az inkişaf etmiş ölkələrə həmrəyliyini bir daha ifadə edib. Bildirib ki, Azərbaycan bu ölkələrə məqsədyönlü humanitar yardım və potensialın gücləndirilməsi proqramları vasitəsilə dəstəyini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR