ATƏT PA-nın vitse-prezidenti: “Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində qurulan məhkəmə qanuni deyil” - VİDEO

ATƏT PA-nın vitse-prezidenti: “Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində qurulan məhkəmə qanuni deyil” - <span style="color: red;">VİDEO
# 19 noyabr 2014 08:54 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Sereteli deyib. O bildirib ki, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq keçirilən “məhkəmə”nin qanunsuz olduğunu söyləmək olar:

“Oxşar məhkəmələr tanınmamış Abxaziyada da keçirilə bilər, amma biz onu tanımırıq. Girovlarla bağlı məsələni biz hələ ATƏT PA-da müzakirə eləməmişik, amma onu deyə bilərəm ki, bu, beynəlxalq prinsiplərə uyğun prinsip olmalıdır və məsələ bu yolla həll edilməlidir”.

Vitse-prezident ATƏT-in girovların qaytarılması üçün hansı addımları atacağı barədə suala konkret cavab verə bilməyib: “Bu səpkidə suala konkret cavab vermək üçün hazırlıqlı olmaq lazımdır. Buna hazır deyiləm. Əlbəttə, ATƏT-in müvafiq qurumları var ki, bununla məşğul olurlar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR