Fransa səfiri: “Paris görüşü sülh danışıqlarına alternativin olmadığını bir daha təsdiqləyəcək”

Fransa səfiri: “Paris görüşü sülh danışıqlarına alternativin olmadığını bir daha təsdiqləyəcək”
# 22 oktyabr 2014 13:42 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Parisdə gerçəkləşəcək görüş Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən başqa alternativin olmadığını bir daha təsdiqləyəcək”. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Fransanın Ermənistandakı səfiri Anri Reno keçirdiyi mətbuat konfransında deyib.

Səfir xatırladıb ki, tərəflər təklifi qəbul ediblər və yaxın günlərdə görüş Parisdə baş tutacaq: “Təfərrüata varmadan qeyd etmək istəyirəm ki, görüşün məqsədi Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində danışıqlara təkan verməkdir. Həmçinin, tərəflər arasında qarşılıqlı etimad və inam atmosferinin yaradılması vacibdir ki, bu da mövcud vəziyyəti dəyişməyə kömək edəcək. Bu görüş “sülh danışıqlarına başqa alternativ yoxdur” faktını bir daha təsdiqləyəcək”.

Səfir diplomatik missiyasının başa çatmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımları yaxından izləyəcəyini söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR