BMT Təhlükəsizlik Şurasına Fələstin dövlətinin yaradılmasına dair qətnamə təqdim olunub

BMT Təhlükəsizlik Şurasına Fələstin dövlətinin yaradılmasına dair qətnamə təqdim olunub
# 18 dekabr 2014 00:47 (UTC +04:00)

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, qətnamə layihəsi İordaniya tərəfindən təqdim olunub.

Layihədə 2017-ci ilin sonuna qədər İsrail qoşunlarının mərhələli şəkildə Fələstin torpaqlarından çıxması, 4 iyun 1967-ci ilə qədərki sərhədlər çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması və İsraillə sülhün əldə olunması nəzərdə tutulur. Layihədə tərəflər arasında sülhün təmin edilməsi üçün beynəlxalq konfransın keçirilməsi fikrinə də müsbət yanaşıldığı vurğulanır.

Fələstin rəhbərliyi BMT TŞ tərəfindən müvafiq qətnamənin qəbul edilməsinə ümid bəslədiyini bildirib.

Qeyd edək ki, İordaniya tərəfindən daha əvvəl BMT TŞ üzvlərinə paylanan qətnamə layihəsində İsrailin Fələstin torpaqlarından çıxması üçün üçün son tarix 2016-cı ilin noyabrı göstərildiyi halda, müzakirələr nəticəsində bu tarix 2017-ci ilin sonuna qədər uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR