Azərbaycanda səsvermə başlayıb - FOTOSESSİYA - VİDEO

Azərbaycanda səsvermə başlayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 dekabr 2014 05:01 (UTC +04:00)

APA-nın məlumatına görə, saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səsverməsi üçün açılıb.

Səsvermə prosesi saat 19:00-da başa çatacaq.

Gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumatlar birbaşa MSK-nın internet səhifəsində yerləşdiriləcək və ictimailəşdiriləcək.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 11607 bələdiyyə üzrə 15035 bələdiyyə üzvlüyü üçün 37 077-yə qədər namizəd qeydə alınıb.

Namizədlərdən 18790 nəfəri 30 siyasi partiya mənsubiyyəti üzrə bölünür, 18289 nəfəri isə bitərəfdir. Rəsmi olaraq 8 siyasi partiya öz namizədlərini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR