“Şiroki Briyeq”in baş məşqçisi Slaven Musa: "Nəticəni şərh etməyə ehtiyac yoxdu"

“Şiroki Briyeq”in baş məşqçisi Slaven Musa: "Nəticəni şərh etməyə ehtiyac yoxdu"
# 03 iyul 2014 20:58 (UTC +04:00)

Bakı-APA. “Nəticəni şərh etməyə ehtiyac yoxdu. 2:0 hesabı ilə qalib gəldik”. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bunu Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunun baş məşqçisi Slaven Musa deyib.

Qeyd edək ki, bu gün “Qəbələ” avrokuboklarda ilk oyununu keçirib. Bölgə təmsilçisi Avroliqanın ilkin təsnifat mərhələsinin birinci oyununda “Şiroki Briyeq”ə doğma azarkeşləri önündə məğlub olub – 0:2.

Musa cavab qarşılaşmasında qolsuz heç-heçənin də onları qane etdiyini bildirib: “Çətin oyun keçdi. “Qəbələ” hörmət ediləsi rəqibdir. Biz indi cavab oyununa hazırlaşacağıq. Göstərilən qonaqpərvərliyi çalışağıq ki, biz də Bosniya və Herseqovinada göstərək. “Qəbələ”nin “Maribor”la yoxlama oyununa baxmışdıq və bu qarşılaşma üzrə təhlil aparmışdıq. Təbii ki, 2:0 hesabı çox yaxşı nəticədir. Cavab oyununda qolsuz heç-heçə də oynasaq, bizim üçün əla olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR