İyunda xarici valyutalar üzrə elektron ticarətin həcmi BBVB-də 39 mln. manatdan çox olub

İyunda xarici valyutalar üzrə elektron ticarətin həcmi BBVB-də 39 mln. manatdan çox olub
# 08 iyul 2014 07:05 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin iyun ayının yekunlarına görə, Bakı Banklararası Valyuta Birjası (BBVB) onun valyuta bölməsində USD/AZN_TOD aləti üzrə keçirilən hərraclarda 6 bank iştirak edib. Birja Elektron Ticarət Sistemində ("BEST") hesabat ayında 38 ticarət sessiyası keçirilib və 17 əqd qeydə alınıb. Hərracların həcmi 39,372 mln. manat və yaxud dollar ekvivalentində 50,199 mln. təşkil edib.

BBVB-dən “APA-Economics”ə verilən məlumata görə, may ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 13,8 mln. manat və yaxud 54% artıb.

BEST-də USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,642 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 2,953 mln. dollar təşkil edib.

Qeyd edək ki, hesabat ayında birjada Azərbaycan manatının USD/AZN_TOD aləti üzrə ABŞ dollarına qarşı məzənnəsi dəyişilməz qalıb - hər USD görə 0,7829 AZN təşkil edib. Milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi iyun ayında 0,7843 manata bərabər olub.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən iyun ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,48%, ABŞ dolları üzrə isə 10,84% təşkil edib.

BakİBİD tarifi 90 günlük müddətində manatla illik 5,26% və ABŞ dolları ilə 5,02% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR