İstanbul  aeroportunda baş vermiş terror zamanı AZAL əməkdaşlarından xəsarət alan olmayıb

İstanbul  aeroportunda baş vermiş terror zamanı AZAL əməkdaşlarından xəsarət alan olmayıb
# 28 iyun 2016 22:59 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İstanbulun “Atatürk” hava limanında baş vermiş terror hadisəsi zamanı Azərbaycan Hava Yollarının (AZAL) əməkdaşları arasında xəsarət alan olmayıb.

AZAL-ın Atatürk hava limanındakı nümayəndəliyindən APA-ya bildirilənə görə, hadisə aeroportun girişində AZAL, Aeroflot və digər hava yollarının sərnişinlərinin uçuş üçün qeydiyyatdan keçirilmələri üçün nəzərdə tutulan bölümün qabağında baş verib.

Bura gələn terrorçu əvvəlcə ətrafa atəş açıb, daha sonra isə özünü partladıb.

“Bizim əməkdaşlar ərazidən tez uzaqlaşa bildilər. Heç kim xəsarət almadı. Bildiyimiz qədər, “Aeroflot” əməkdaşlarından da xəsarət alan olmayıb” deyə, AZAL nümayəndəsi bildirib.

Nümayəndəlikdən onu da qeyd ediblər ki, hazırda AZAL-ın aviareys həyata keçirməli olan təyyarəsi Atatürk hava limanında gözləyir: “Bizim sərnişinlər təyyarədədirlər”.

Qeyd edək ki, bu saatlarda Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarənin Atatürk Hava Limanına gözlənilən enişi də təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR