"Bank VTB (Azərbaycan)": Komisyon haqların 1%-dək endirilməsi kredit faizlərinə təsir etməyib

"Bank VTB (Azərbaycan)": Komisyon haqların 1%-dək endirilməsi kredit faizlərinə təsir etməyib
# 10 iyul 2015 13:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Bank VTB (Azərbaycan)" istehlak kreditləri üzrə komisyon haqların endirilməsini şərh edib.

"APA-Economics" xəbər verir ki, bankın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyevin sözlərinə görə, "Bank VTB (Azərbaycan)" Mərkəzi Bankın tövsiyələrinə əməl edərək bütün pərakəndə kredit məhsulları üzrə komisyon haqlarını endirib.

Onun sözlərinə görə, valyutadan asılı olmayaraq komissiya 1% təşkil edir: “Eyni zamanda, qeyd etmək istərdik ki, komisyon haqlarının 1%-dək endirilməsi bankın faiz dərəcələrinə təsir etməyib - bankda faizlər dəyişilməyib. Beləliklə, “Fiziki şəxslər üçün kredit” əvvəlki kimi manat və dollarla verilir. Bank 300 manatdan 11 000 manat (və ya 300-10 500 dollar) məbləğinə qədər kredit təklif edir. Krediti 6 aydan 36 aya qədər əldə etmək mümkündür. Kredit üzrə faiz dərəcəsi kreditin valyutasından asılı olaraq dəyişir: dollarla olan kreditlər üçün 28%, manatla olan kreditlər üçün 30%. "Bank VTB (Azərbaycan)" müştərilərini düşünür və məhz buna görə də faiz dərəcələri artırmır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR